Milli komanda
İlyarramendi İngiltərə yolunda
Madrid "Real"ının yarımmüdafiəçisi Asyer İl…
Madrid "Real"ının yarımmüdafiəçisi Asyer İlyarramendi "Liverpul"un maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, bu haqda "Daily Express" məlumat yayıb.
Xüsusilə də, Xabi Alonsonun İlyarramendiyə "Liverpul"a keçməyi məsləhət gördüyü deyilir.
Qeyd edək ki, 24 yaşlı futbolçu "Real Sosyedad"dan Madrid klubuna 38,9 milyon avro müqabilində transfer olunmuşdu. İlyarramendi cari mövsümdə 29 matçda meydana çıxıb. O, əsasən matçın son dəqiqələrində ehtiyatdan meydana daxil olur.