Premyer-liqa
"Xəzər Lənkəran" qayıtmadı
Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda &ldqu…
Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” klubuna səfərdə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" ağır səfər matçından sonra bir gün istirahət edəcək.
Komanda Lənkərana qayıtmadan martın 6-da “New Baku” otelində bir araya gələrək elə paytaxtda da məşq edəcək. Hazırlıq prossesi martın 6-da saat 13:30-da “Dalğa Arena” stadionunda keçiriləcək. Tələskənliyə səbəb isə qarşıdakı çempionat oyununa qədər hazırlıq üçün vaxtın azolmasıdı.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın 25-ci turu çərçivəsində martın 8-də “Qarabağ”la Bakıda qarşılaşacaq.
(12cioyuncu.info)