Ölkə futbolu
Bir bezin qırağı – Bezotosnı
“Qəbələ”nin əvvəlki qapıçısı “bezprid…
“Qəbələ”nin əvvəlki qapıçısı “bezpridel” idi, indiki qolkiperi isə Bezotosnı. Transfer olunduğu gündən ehtiyyat oyunçular skamyasında əyləşən Anar Nəzirov isə “bez kraska”dı, yalnız əsas qapıçı zədələnəndə, ya da cəzalananda forma şansı qazanır.
Kamran Ağayev nədənsə “Qəbələ”dən, ölkə futbolundan bezdi, karyerasını Türkiyənin “Kayserispor” klubunda davam etdirmək qərarına gəldi. Çox güman ki, bu izdivacın başa çatmasında Ağayevin “bezumnıy” olması da rol oynadı. Bu durumda avrokuboklara vəsiqə qazanmağa iddialı olan “Qəbələ”nin qapısının “bez opasnıy” olması üçün təcrübəli əlcək sahibinə ehtiyac var idi ki, komandanın baş məşqçisi Roman Qriqorçuk mövcud problemi daha öncədən həll etmişdi. Amma ötən gün ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində “Simurq”la baş tutan oyunda gördük ki, ukraynalı çalışdırıcının “Qəbələ”yə gətirdiyi Bezotosnı digər həmyerliləri kimi bir bezin qırağıdı.
Ölkəmizə gələn əcnəbi qapıçılardan hansınınsa bir oyunda belə “bezdarnıy” qollar buraxdığını xatırlamıram. “Qəbələ” sanki meydana “bez vratar” çıxmışdı. Yəqin ki, stadiona gələn “bez bilet” azarkeşlər də, matçı televiziya vasitəsi izləyənlər də mənim bu fikrimlə razılaşar. “Qırmızı-qaralar”ın evdə Zaqatala təmsilçinə 0:3 hesabı ilə məğlub olmasını nəzərə alsaq, onların növbəti matçını “bez zritel” oynayacağını da ehtimal etmək olar.
Fikrimcə, Bezotosnı qocadı. Buna görə də 32 yaşlı qapıçının “Qəbələ”nin heyətinə “bez problem” cəlb edilməsini də anlamaq olmur. Ən azından əski pambıqdan bez olmayacağını nəzərə almaq lazım idi. Qapıçı inanılmaz qurtarışlara imza atmaqla sözün yaxşı mənasında özünü meydanda “obezyan” kimi aparmalıdı. Amma ukraynalı əlcək sahibi qoruduğu 7,32 metrlik qapının “bezrazmer” olduğunu hər kəsə açıq-aşkar nümayiş etdirdi. Buna görə də Qriqroçukun növbəti oyunda meydana “bez Bezotosnıy” çıxması heç kəsi təəccübləndirməli deyil. Bəzən bezərsən…