Premyer-liqa
“Sumqayıt” – “Qarabağ” oyunu niyə gec start götürüb?
Topaz Premyer Liqasının 10-cu turunun “Sumqayıt” &ndash…
Topaz Premyer Liqasının 10-cu turunun “Sumqayıt” – “Qarabağ” matçı nəzərdə tutulandan gec başlayıb. Futbolinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçın startının gecikməsinə qapı torundakı nasazlıq səbəb olub.
Belə ki, hakimlər oyuna başlamaq istərkən qapılardan birinin torunun qaydasında olmadığını aşkarlayıblar. Bu üzdən də oyun yalnız sözügedən çatışmazlıq aradan qaldırıldıqdan sonra start götürüb. Bu isə təxminən 5 dəqiqə vaxt aparıb.
Maraq üçün bildirək ki, hazırda ilk hissəsi başa çatan bu oyunda “Qarabağ” Muarem Muaremin vurduğu erkən qol sayəsində 1:0 hesablı qələbəyə sevinir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…