Ölkə futbolu
Qurbanov izlədi, komandası gerilədi
Xorvatiya çempionatının elitasında (1. HNL) 24-cü turun…
Xorvatiya çempionatının elitasında (1. HNL) 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin hücumçusu Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi doğma arenada Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Kubok matçında debüt edə bilən Qurbanov isə bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Hayduk" 37 xalla 3-dən 4-cü pilləyə geriləyib.