Premyer-liqa
"Xəzər Lənkəran" qələbə üçün mübarizə aparacaq"
Bu gü Premyer Liqanın 26-cı turunda AZAL dogma arenada “X…
Bu gü Premyer Liqanın 26-cı turunda AZAL dogma arenada “Xəzər Lənkəran”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilərin” müdafiəçisi Kərim Diniyev oyun öncəsi fikirlərini bildirib.
Müdafiəçi “ağ-yaşıllar”la oyunun çətin olacağını vurğulayıb: “Çalışacağıq ki, qələbə qazanaq, turnir cədvəlində irəliləyək. “Xəzər Lənkəran”ın oyununu təhlil etmişik, necə oynadıqlarını bilirik. Futbolçularının çoxu Premyer Liqa təcrübəsi var. Düşünürəm ki, çox ağır oyun olacaq. “Bakı” ilə matçdan da çətin keçəcək. İtirəcəkləri bir şey yoxdu. Qələbə üçün mübarizə aparacaqlar. 4-cü pillə uğrunda rəqibimiz “Qəbələ”nin “İnter”lə çətin oyunu var və ümid edirik ki, xal itirəcəklər. “Simurq”un isə “Bakı”nı məğlub edəcəyini düşünürəm. Ona görə də bizə bu gün mütləq qələbə lazımdı”.
Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” oyunu saat 16:00-da “AZAL Arena”da baş tutacaq.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”