Premyer-liqa
"Mənə imkan versələr, hər şey yaxşı olacaq"
"Milan"ın baş məşqçisi Filippo İnzaqi komandası…
"Milan"ın baş məşqçisi Filippo İnzaqi komandasının inamsız çıxışı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı gələcəyi haqda özünün də xəbərsiz olduğunu bildirib:
"Fiorentina" ilə oyunda öz "Milan"ımı gördüm. Çox təəssüf ki, nəticə olmadı. Hətta heç-heçə belə bizim üçün pis nəticə idi. Ancaq biz qalib gəlməli olduğumuz matçda uduzduq. Mənim gələcəyim? Müqaviləm var, qalan məsələlər klubdan asılıdı. Prezident və Qalliani mənə mənə zəng vurur. Daha 30 il məşqçilik etmək istəyirəm. "Milan" mənim üçün çox şey edib. Komandada uzun illər qalacağıma ümid edirəm. Əgər mənə imkan versələr, hər şey yaxşı olacaq. Alınmasa, özüm yolumla gedəcəyəm. İşimdən xoşum gəlir. Belə oyunlar olur. Bu futboldu".
Qeyd edək ki, İnzaqi cari mövsümün əvvəlindən “Milan”ı çalışdırır.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi