Ölkə futbolu
"Neftçi" 1-ci divizion komandası ilə bacarmadı
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilədən istifad?…
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilədən istifadə edə “Neftçi” klubu bu gün hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, “Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib.