I Liqa
Qarabağlıların baş məşqçisinə ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 20-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
Belə ki, “Şuşa Qarabağ” – “Şəmkir” matçının 89-cu dəqiqəsində ev sahibi komandanın məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şuşa Qarabağ”ın bu dəfə baş məşqçisi Nadir Qasımov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub. Həmin qarşılaşma başa çatdıqdan sonra isə Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanıb, kluba 2000 manat məbləğində cərimə kəsilib. Bu hal ikinci dəfə təkrar olunduğuna görə Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.
“Neftçala” – “Göyəzən” matçının 72-ci dəqiqəsində “qonaq komandanın futbolçusu Babək Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunu.
(pfl.az)