Dünya futbolu
De Xeanın bosniyalı əvəzləyicisi
“Mançester Yunayted” yayda yeni qapıçı ala…
“Mançester Yunayted” yayda yeni qapıçı ala bilər. Futbolinfo.az xəbər verir ki, "Stok Siti"nin qolkiperi Aşmir Beqoviç "mankunyanlar"ın maraq dairəsinə düşüb.
"The Mirror" nəşrinin yazdığına görə, İngiltərə təmsilçisi komandadan ayrılması gündəmdə olan David de Xeanın boşluğunu bosniyalı qapıçı ilə doldurmaq istəyir.
"Qırmızı şeytanlar" ispan qolkiperə yeni saziş təklif etməyə hazır olsa da, "Real"ın onunla ciddi şəkildə maraqlanması işləri poza bilər. Bu səbəbdən də, ingilislər alternatif planlar hazırlayır.