Milli komanda
6 min bilet satılıb, amma anşlaq olacaq
Sabah AÇ-2016-nın seçmə mərhələsi çər&ccedi…
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Maltanı qəbul edəcək. Hamının xal qazanmaq baxımından ən çox ümid etdiyi oyuna tamaşaçı marağının necə olacağı da önəmlidi.
Futbolinfo.az-ın əməkdaşı bilet satışının gedişi ilə bağlı məlumat almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb: "Hələlik 6 min bilet satılıb. Fan-klublarla isə işlər davam edir. Bilmirəm, onlara bilet veriblər, yoxsa verəcəklər. Bunu dəqiqləşdirməmişəm. Bu işlə başqa şəxslər məşğuldu".
Bizdən olan məlumata görə isə bu qədər az bilet satılmasına baxmayaraq, Tofiq Bəhramov adına Respublika Stadionunda anşlaq olacaq. Bunun səbəbi ölkədə mövcud olan əksər fanklublara, eləcə də bir sıra müəssisələrə pulsuz biletlərin (hərəsinə 2-3 min) paylanmasıdı. AFFA bunun sayəsində tribunaları doldurmaq və millinin qələbə qazanması üçün əlverişli ortam yaratmaq niyyətindədi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib