Ölkə futbolu
"Qəbələ" "Alkmaar"a qalib gəldi
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Holland…
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada keçirilən “Teksel Cup” turnirində mübarizəyə başlayıb. Futbolinfo.az xəbər verir ki, martın 23-dən “Zanbaqlar ölkəsi”ndə olan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda turnirin ilk oyun günündə 3 matça çıxıb.
Hollandiyanın şimalında yerləşən Teksel adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə apardığından iki gün davam edən turnirin birinci günündə 3 tur keçirilib. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib – 2:1. “Qırmızı-qaralar” ikinci oyununda “Qroningen”lə qolsuz heç-heçəyə nail olub. “Alkmaar”la görüşdə 1:0 hesabı ilə qalib gələn komandamıza 3 xalı İbrahim Camalovun qolu qazandırıb. Sabah “Qəbələ” daha iki oyun keçirəcək. “Qırmızı-qaralar” əvvəl “Feyenoord”, ardınca “Teksel-94” ilə qarşılaşacaq.
Qeyd edək ki, Qəbələ təmsilçisi turnirdən əvvəl “Feyenoord”la yoxlama oyununda qüvvəsini sınamışdı. Həmin matçda Rotterdam təmsilçisi qalib gəlmişdi – 3:2.
(Klub saytı)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”