Ölkə futbolu
Namiq Ələsgərov mövsümü erkən başa vurdu
AÇ 2016-nın seçmə mərhələsində Azərbaycan millisi…
AÇ 2016-nın seçmə mərhələsində Azərbaycan millisi doğma azarkeşləri önündə 2:0 hesablı qələbə qazansa da, ilk qol ötürməsini verən Namiq Ələsgərovun zədələnməsi heç də yerinə düşmədi. Futbolinfo.az xəbər verir ki, gənc futbnolçunun durumu ciddidi və ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Ön çarpaz bağları sıradan çıxan Ələsgərovun özü klub saytına verdiyi açıqlamada zədəsinin ciddiliyindən danışıb: “Nə deyə bilərəm… Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma bu oyunda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdı. Səbrlə dözüb, sağalmaq üçün çalışmalıyam. Ağır zədədi. Amma edə biləcəyimiz bir şey yoxdu”