Ölkə futbolu
Vasili Berezutskidən millimizə ismarıc
Rusiya yığmasının futbolçusu Vasili Berezutski yerli mətbu…
Rusiya yığmasının futbolçusu Vasili Berezutski yerli mətbuata maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Moskva ÇSKA-sının müdafiəçi Azərbaycan millisi ilə bağlı gözlənilməz fikir səsləndirib.
O, 2018-ci ildə ölkəsində keçiriləcək Dünya çempionatının finalında millimizə qarşı çıxış etmək istədiyini bildirib: “Ev sahibliyi edəcəyimiz mundialın finalında çıxış etməyi çox istəyərdim. Rəqibin kimliyinin fərqi yoxdu. Amma bu Azərbaycan yığması olsa, daha yaxşı olardı”.
Qeyd edək ki, növbəti mundial 2018-ci ilin 14 iyun – 15 iyul aralığında Rusiyanın 11 şəhərində keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var