Ölkə futbolu
"Qəbələ" danimarkalılardan üstün oldu
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq “6-cı Manavqat” turnirinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın “Holbak” klubu ilə üz-üzə gəliblər.
13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib – 1:1. “Qəbələ”nin heyətində Veysəl Rzayev qol sevinci yaşayıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. “Qırmızı-qaralar” bu gün axşam saatlarında Azərbaycana qayıdacaq.
Qeyd edək ki, “6-cı Manavqat” turnirinin final oyununda iki adlı-sanlı klub – İngiltərə “Çelsi”si və Türkiyə “Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin “Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.
(Klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…