Premyer-liqa
Kanalesdən hörmətsizlik: "Neftçi" formasını ayaqlar altına atdı – VİDEO
Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keç…
Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
Zaqatalada baş tutan oyundan sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, matçın 76-cı dəqiqəsində qol vuraraq, "ağ-qaralar"ı önə keçirən Nikolas Kanales klubunun formasına qarşı hörmətsizlik edib. Çilili hücumçu qol vurduqdan sonra formasını çıxararaq, yerə atıb. Meydançaya düşən futbolka oyunçuların ayaqları altında qalıb.