Premyer-liqa
Vobaydan tərbiyəsizlik: Azarkeşləri təhqir etdi
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Simurq” öz meydanında “Neftçi”ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, matçda qalmaqal yaşanıb.
Belə ki, qonaqların futbolçusu Julius Vobay qarşılaşmadan sonra doğma azarkeşləri tərəfə gələrək, üzünü yerli fanatlara tutub, onlara bir neçə dəfə qeyri-etik jest göstərib. Bundan sonra hər iki komanda futbolçuları arasında münaqişə yaşanıb. Meydançaya daxil olmağa çalışan yerli tərəfdarların qarşısını isə polislər alıb. Matçdan sonra stadionun çıxışında zaqatalalı fanatlar “ağ-qaralar”ın icraçı direktoru Elnur Məmmədova yaxınlaşaraq, Vobayın ya onlardan üzr istəməli, ya da ki, eyni hərəkəti onların futbolçuya etməli olduğunu bildiriblər. Asayiş keşikçilərinin növbəti müdaxiləsindən sonra ara sakitləşib.
Qeyd edək ki, “Simurq” – “Neftçi” matçı qonaq komandanın 1: 0 hesablı qələbəsi ilə yekunlaşıb.