Premyer-liqa
“Bakı”nın üzvü: “Belə olmasını kim istəyərdi ki?”
Ötən gün “Bakı”nın bazasında heç də …
Ötən gün “Bakı”nın bazasında heç də xoş olmayan hadisələr yaşandı. Paytaxt təmsilçisinin düşərgəsində ağız deyəni qulaq eşitmirdi. Klubdaxili problemlərə görə futbolçular matça çıxmaqdan belə imtina etmək qərarında idi. Sonda isə məsələ öz həllini tapdı və “Bakı” öz meydanında “Qarabağ”la 1:1 hesablı heç-heçə edərək, aktivinə 1 xal yazdırmağı bacardı.
Saytımıza danışan “Bakı”nın yarımmüdafiəçisi Ramazan Abbasov ötən gün baş tutan qarşılaşmanı dəyərləndirməklə yanaşı, klub daxili problemlərdən də söz açıb:
“Ardıcıl məğlubiyyətlərdən sonra nəticə qazanmaq istəyirdik. İki gün idi ki, məşq etmirdik. Qismətdi də, futbolda hər şey olur. Ola bilsin ki, “Qarabağ” bizim belə mübarizə aparacağımızı gözləmirdi. Komandamızın üzvləri isə xal qazanmaq üçün əlindən gələni etdi. Klub daxilində olan məsələlər rəhbərliyin işidi. Biz futbolçu olduğumuz üçün bu işlərə qarışmırıq. Bu barədə çox danışmaq istəmirəm. Düzdü, üzücü olaydı. Belə olmasını kim istəyərdi ki? May ayına qədər hamımız dözəcəyik. Mövsümün sonunda yəqin ki, vəziyyət yaxşı olacaq. Pulsuz oynamaq hər kəsə pis təsir edir. Ancaq meydana çıxanda bunları unutmağa çalışırıq. Evə gedəndə isə cibdə pul olmaması adama pis təsir edir”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu