Premyer-liqa
Bir “Bakı” nağılı – VİDEO
Futbolinfo.az sizi son günlərdə “Bakı” klubunda ba…
Futbolinfo.az sizi son günlərdə “Bakı” klubunda baş verən hadisələrdən hazırlanmış satiric videomaterialla tanış edir.
Qeyd edək ki, "Bakı"nın baş məşqçisi İbrahim Uzunca istefaya göndərilib, onun yerinə Novruz Əzimov təyin olnsa da, futbolçular bununla razılaşmayıb. Onsuz da, maaşlarını ala bilmədikləri üçün iki gündü məşq etməyən və bu matça da çıxmaq istəməyən futbolçular türkiyəli məşqçinin qaytarılmasını istəyib. Onlar Əzimovu istəmədiklərini və ancaq Uzuncanın rəhbərliyi altında meydana çıxa biləcəklərini deyiblər və nəticədə lider "Qarabağ"a qarşı oynayan (5 mart) komanda meydandan bir xalla (1:1) ayrıla bilib.