Bizi izləyin

Premyer-liqa

Çingiz Abdullayev üçün Zaqatala şousu

“Simurq” – “Neftçi” oyununa ezam …

blank
“Simurq” – “Neftçi” oyununa ezam olunmağım gözlənilən idi, çünki hər həftə hansısa bölgəyə yollanırıq. Mən isə artıq ikinci dəfə idi ki, Zaqatalaya gedirdim.  Avtobusa minərkən uzun yolun mənim üçün darıxdırıcı keçəcəyini düşünürdüm. Lakin bəlkə də, təsadüfdən avtobusda rastlaşdığım yol yoldaşlarımdan ikisinin futbolçu olması məni sevindirdi.
Beləliklə, veteran və gənc futbolçu ilə yol əsnasında maraqlı söhbətlərimiz və müzakirələrimiz oldu. Onların futbolumuzla bağlı ümumi dedikləri reallığı əks etdirirdi. Müzakirələrimiz o qədər maraqlı keçmişdi ki, artıq Zaqatalada olduğumuzun fərqinə varanda saat 16:00-ı göstərirdi. Oyunun başlamasına 1 saat vaxt qalmışdı, artıq stadionda idim.  Matç başlayanadək stadiona toplaşan azarkeşlər istər-istəməzə diqqətimi çəkirdi. Zaqatalada azsaylı “Neftçi” fanatlarını görmək mümkün olsa da, yerlilərin üstünlüyü açıq-aşkar idi.
Baş hakim İnqilab Məmmədov start fitini səsləndirdi, oyun başladı. Amma hər iki tərəfdə bir neçə əsas oyunçunun yoxluğu elə ilk dəqiqələrdən özünü göstərdi. Xüsusilə də, “Simurq”da Draqan Çeran və Samir Zərgərovun yoxluğu komandanın məğlubiyyətini şərtləndirdi.
İlk hissə o qədər maraqlı keçmədi. Daha çox hücum edən zaqatalalılar olsa da, Rəşad Eyyubovla Stepan Polyak imkanları sağa-sola xərcləyirdilər. Fasilədən sonra isə paytaxt klubunun baş məşqçisi Arif Əsədov bir neçə dəyişikliyə əl atdı ki, bu da öz sözünü dedi. Flavinyonun meydançaya daxil olması “Neftçi”nin oyununa sanki can verdi. “Simurq”lu futbolçular isə mütləq qol şanslarından yararlanmaq niyyətində “deyildilər” – bacarmırdılar. Eyyubov şansları dəyərləndirə bilsəydi, bəlkə də bombardirlər siyahısında ilk pilləyə qalxardı. O, həvəskar futbolçu kimi çıxış edir, Çeranın yoxluğunu hər an hiss etdirirdi.
74-cü dəqiqədə İnqilab Məmmədov “ağ-qaralar”ın müdafiəçisi Karlos Kardozonu rəqib futbolçunu vurduğuna görə oyundan qovdu. Elə oyunda gərginlik də bundan sonra başladı. Düzü, olduğum mövqedən Kardosonun Cihan Özkaranı vurub-vurmadığı dəqiq görünmürdü, həm də futbolçuların üzü əks tərəfə idi. Amma sonradan videoyazını izlədim və həmişə çılğınlığı ilə seçilən braziliyalının İntizam Komitəsindən də cəza almalı olduğunu düşünürəm. Adam dəlidi, dəli…
Bundan sonra 10 nəfərlə qalan “Neftçi”nin müdafiəyə oturacağı gözlənilsə də, Nikolas Kanales yenə özünü göstərdi. Artıq neçənci dəfədi ki, bu hücumçu vurduğu qollarla komandasının bərbad oyununu arxa plana atırdı. 76 dəqiqə meydanda varlığı ilə yoxluğu bəlli olmayan çilili forvard rəqib müdafiənin səhvindən istifadə edərək, “sarı-qaralar”ı məyus etdi. “Peşəkar ovçu” bununla meydan sahiblərinin Avroliqa arzusuna da ciddi zərbə vurdu.
Oyundan dərhal sonra “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay olay çıxardı. O, rəqib komandanın azarkeşləri tərəfə gələrək, “Simurq”lu fanatlara qarşı qeyri-etik jestlər göstərdi. Təəssüf ki, o, bunu bir neçə dəfə təkrar etdi. Bundan ara qızışdı, məzhəb itdi. Zaqatalalı azarkeşlər meydançaya daxil olmaq istəsə də, asayiş qoruyucuları buna imkan vermədilər. Ancaq futbolçular arasında münaqişə davam edirdi. Bir-birlərinin ünvanına elə söyüşlər yağdırırdılar ki, sanki bülbül cəh-cəh vururdu. Baş verən xoşagəlməzlik məşqçilərin işə qarışması ilə sakitləşdi.
Zaqatalalı fanatlar sən demə, bayırda Vobayı gözləyirlərmiş. “Simurq”lularla “Neftçi”nin mühafizəçilərinin söhbətinin qızışmasını görən qonaqların icraçı direktoru Elnur Məmmədov qarşıdurmanın geniş vüsət almaması üçün araya girdi.  Polislərlərin də məsələyə qarışmasından sonra söz-söhbətə son qoyuldu.
Amma “sarı-qaralı” fanatlar bununla kifayətlənmək istəmirdilər. Onlar təhqir olunduqlarını deyərək, Vobayın üzr istəməsini tələb edirdilər. Onlar haqlı idilər. Çünki məsələ heç də “Neftçi”nin rəsmi saytı vasitəsi ilə təqdim olunan videogörüntülərlə bitmir. Syerra-leoneli legioner həmin videomaterialda ola bilər ki, komanda yoldaşları ilə zarafatlaşırdı, ancaq ədəbsiz jestləri azarkeşlər qarşısında təkrarlaması məqsədliydi. Fanatlar bir yana, hətta “Neftçi”nin oyunçularının da bu hərəkətləri zarafat kimi qəbul etməsi adamı məəttəl qoyur. Matçın sonlarında irqçi təzyiqlərə məruz qalan Juliusun hədəfinin azarkeşlər olduğu o, soyunub-geyinmə otağına gedərkən dəqiqləşdi. Çünki futbolçu şortunu azarkeşlərə acıq verircəsinə aşağı çəkdi.
Bəlkə də, bu epizodu “Neftçi”nin baş məşqçisi Arif Əsədovun görməməsi mümkündü. Amma çalışdırıcının mətbuat konfransında Kardosonun intizamsızlığını da dəqiq görmədiyini deməsi maraqlı oldu. Görəsən, meydan məşqçilər skamyasından bir o qədər pis görünür? Ümid edirik ki, tərbiyəsizləri qovacağını vəd edən Çingiz Abdullayev ən azı videogörüntülərə baxdıqda ilk qurbanlarını müəyyənləşdirəcək. Axı, “Neftçi”nin yeni rəhbəri söz verib…
ZAMİN ALLAHVERDİYEV, Bakı – Zaqatala – Bakı
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm