Premyer-liqa
"Böyük oyun" öncəsi "Neftçi"də ciddi itkilər
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsind…
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Neftçi” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bakılılar bu oyuna ciddi itkilərlə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, Karlos Kardozo, Mirhüseyn Seyidov, Əziz Quliyev cəzalı, Denis Silva, Ernest Nfor və Məqsəd İsayev isə zədəli olduğu üçün bu görüşü buraxacaqlar. Bundan əlavə, səhhətində problem olan Rauf Əliyevin də “Böyük oyun”da iştirak etməyəcəyi dəqiqdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması aprelin 9-da Lənkəran şəhər stadionunda keçiriləcək.