Dünya futbolu
"Fənərbaxça"nın legionerləri Türkiyədən qaçır
“Fənərbaxça” avtbusunun silahlı hücuma mər…
“Fənərbaxça” avtbusunun silahlı hücuma məruz qalması komandada çıxış edən əcnəbi futbolçuların bərk narahatçlığına səbəb olub. Futbolinfo.az xəbər verir ki, legionerlər artıq komandanı tərk etmək istədiklərini bildiriblər.
Açıqlamalarında son hadisələri pisləyən legionerlər, həmçinin ailələrinin Türkiyədə yaşamaq istəmədiklərini bildiriblər.Onlar gələcəkləri baxımından narahat olduqlarını qeyd ediblər.
Qeyd edək ki, İstanbul təmsilçisi aprelin 4-də “Rizəspor”la matçdan sonra avtobusla Trabzon Hava Limanına gedərkən yolda slahlı basqına məruz qalmışdılar. Hücum zamanı avtobusun sürücüsü yaralanmışdı.