Premyer-liqa
Pelagios "Bakı"dakı gərginlikdən danışdı: "Sübut etdik ki…"
Maddi problemlərdən başı açılmayan “Bakı”nın…
Maddi problemlərdən başı açılmayan “Bakı”nın ötən turda Premyer Liqanın lideri “Qarabağ”dan 1 xal alması çoxlarını təəccübləndirdi. Maaşlarını almadıqları üçün məşqə çıxmayan futbolçular, son anda matça çıxmaqdan imtina etmək niyyətində idi. Buna isə klub daxilndə yaşanan gərginlik səbəb olmuşdu.
Saytımıza danışan “Bakı”nın kiprli futbolçusu Georgios Pelagios bütün olanlara rəğmən, vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib: “Sumqayıt”la matça hazırlığımız davam edir. Problemlərimiz olsa da, məşqlərə çıxırıq. Əlimizdən gələni edirik ki, hər şey yaxşı olsun. Biz hər oyun meydana eyni məqsəd üçün çıxırıq. Ötən tur Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Sübut etdik ki, problemlər olsa da, nəticə göstərmək olar. Düzü, mən də maaşımı almamışam. Buna görə FİFA-ya müraciət etmək fikrində deyiləm. “Bakı” mənim bir parçamdı. Mövsümün sonunadək komandanı tərk etməyəcəm".
Pelagios “Qarabağ”la oyun öncəsi komandanın soyunub-geyinmə otağında baş verən hadisələrə də aydınlıq gətirib. Onun Azərbaycan dilini bilməməsi məsələdən bixəbər olması ilə nəticələnib: “Mən Azərbaycan dilini bilmirəm. Buna görə də danışılanları başa düşmədim. Bir şey başa düşmədiyim üçün nəsə deməyə çətinlik çəkirəm. Mən peşəkar futbolçuyan və öz işimlə məşğulam”.