Əvəzedicilər
Futbolçusu "Xəzər Lənkəran"ı ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 27-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Simurq” – AZAL matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat məbləğində cərimələnib.
İclasda 28-ci turun oyunları ilə bağlı da cəzalar açıqlanıb. Belə ki, “İnter” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində Lənkərantəmsilçisinin futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat məbləğində cərimə kəsilib.
(pfl.az)