I Liqa
Hərəyə 100 manat
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 22-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Şuşa Qarabağ” – “Mil-Muğan” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Həmin oyunun 38-ci dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Tərlan Xəlilov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub
“Rəvan” – “Turan Tovuz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat məbləğində cərimə kəsilib.
MOİK – “Kəpəz” matçında ev sahibi komandanın klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
(pfl.az)