Bizi izləyin

Premyer-liqa

Kardozo olayı iki AFFA rəsmisini üz-üzə qoydu

Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində Zaq…

blank
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində Zaqatalada baş tutan “Simurq” – “Neftçi” matçında qonaqların müdafiəçisi Karlos Kardozo rəqibinə bilərəkdən zərbə yetiridiyinə görə matçın baş hakimi İnqilab Məmmədov tərəfindən birbaşa qırmızı vərəqəyə layiq görülüb. Qarşılaşmanın protokolunda da braziliyalının “sarı-qaralar”ın üzvü Cihan Özkaraya bilərəkdən zərbə vurduğu təsdiqlənib.
Maraqlıdı ki, birbaşa qırmızı vərəqə görən futbolçu növbəti 2 oyunu buraxmalı olduğu halda, AFFA İntizam Komitəsi fərqli qərar qəbul edib. İK Karlosu 3 oyunluq, amma ikisi şərti olmaqla, cəzalandırıb. Futbolçuya 6 ay sınaq müddəti verilib ki, özünü bu müddət ərzində ağıllı aparmasa, həmin 2 oyunluq cəza da qüvvəyə minəcək.
Əslində, burada İK 3 oyunluq cəzanı ictimaiyyətin gözünə soxmağa çalışır. Nəzərə alaq ki, 7 oyundan, yəni 50 gün sonra mövsüm başa çatır. Müdafiəçinin “Neftçi”də qalıb-qalmayacağı isə bəlli deyil. İK mövsümün başa çatacağını nəzərə alaraq, cəzanı ən azından növbəti mövsümün ilk aylarına da şamil etməli idi.
Bundan başqa, birbaşa qırmızı vərəqənin standart cəzası 2 oyundusa, bu futbolçu niyə 1 matçı buraxmalıdı? Yoxsa “Neftçi”nin yeni rəhbərliyi işə AFFA-ya təzyiq göstərməkdən, sifariş verməkdən başlayıb?
Məsələ ilə bağlı İntizam Komitəsinin sədri Tofiq Fətalullayevlə əlaqə saxladıq. Əvvəlcədən də proqnozlaşdırdığımız kimi, Tofiq bəy Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənovla əlaqə saxlamağımızı məsləhət gördü və bununla əmr qulu olduğunu, formal vəzifə sahibi olduğunu isbatladı.
Məlik bəy isə açıqlamasında oyunun baş hakimi İnqilab Məmmədovu suçladı. O, gənc referinin həmin epizodda tələsik qərar verdiyi gizlətmədi: “İntizam Komitəsinin iclasında “Simurq” – “Neftçi” matçının videoyazısına baxılarkən müəyyən olundu ki, Karlos Kardozo faktiki olaraq rəqibinə zərbə vurmayıb. Baş hakim bu epizodda tələsib. Qəsdən kobudluq olmadığından belə qərar qəbul olunub. Orda zərbə yoxdu, sadəcə, oyunçuya tərəf əllə hərəkər var. Baş hakim həmin epizodda sarı vərəqə ilə kifayətlənə bilərdi. İntizam Komitəsi bütün bunları nəzərə alaraq, Kardozo haqda bu cür qərar çıxardı. Hakim də insandı, səhv edə bilər. Səhv yox, sadəcə, belə qərar qəbul edib. Biz oyunun komissarı, hakimləri və hakim-inspektorlarla bağlı mütəxəssisləri dinlədik. Onlar bir ağızdan dedilər ki, baş hakim bu epizodda tələsib. Cəza 1 oyunluqdu, 2-si isə şərtidi. Bizdə əvvəl də belə praktika olub. Məsələn, Lənkərandakı oyunda da baş hakim qərarında tələsmişdi. Əslində, biz İntizam Komitəsinin qərarını şərh etməli deyilik. Sadəcə, hər şeyi dəqiq müəyyənləşdirmək istədiyinizdən sizə vəziyyəti izah etdim”.
Doğrudandamı, İnqilab Məmmədov tələsik qərar qəbul edib? Məlik Həsənovun fikri ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov heç cür razılaşmır: “Sözügedən epizoda baxmışam. Qısa olaraq bildirim ki, oyunun baş hakimi İnqilab Məmmədov düzgün qərar qəbul edib. Tələsib? Niyə tələsib ki? Hakim nəyi gözləməliydi? Karlos Kardozo həmin epizodda rəqibini bilərəkdən vurub”.
Göründüyü kimi, bir səhvi, qərəzi, cinayəti gizlətmək istəyənlər digərinin ortaya çıxmasına səbəbkar olur. Hər kəs də öz işinin düzgün olduğu qənaətindədi. Ortada isə qazanan “Neftçi”di – ikili standartlardan faydalanan “Neftçi”.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm