Premyer-liqa
Qarayevdən qələbə şərhi
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilib. Futb…
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, lider "Qarabağ" evdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev qələbəni belə şərh edib:
“Son iki turda komandada qol vurmaq cəhətdən kasadlıq var idi. İmkanlarımız olsa da, istifadə edə bilmirdik. Nəhayət ki, bu oyunda dönüş etdik. Çətin olacağın bilirdik. Gözlənilmədən AZAL ilk hissədə qol vurdu. Komandanı təbrik edirəm ki, geri dönüş edə bildik. Qarşıda çətin oyunlarımız var. Bir həftədə 3 ciddi rəqiblə qarşılaşacağıq”.