Premyer-liqa
Ramaldanov: "Bu heç-heçә qәlәbәyә bәrabәrdi"
Ötən gün Topaz Premyer Liqasının 29-cu turun oyunları ke…
Ötən gün Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Xәzәr Lәnkәran" doğma arenada əzəli rəqibi "Neftçi" ilə 2:2 bərabərə qalıb.
Lənkəran şəhər stadionundakı oyundan sonra saytımıza açıqlama verən ev sahibi komandanın müdafiəçisi Rasim Ramaldanov heç-heçəni belə şərh edib:
"Biz bu matça ciddi hazırlaşmışdıq. Hamımız inanırdıq ki, "Neftçi"yә uduzmayacağıq. Gözәl oyun oldu. Hәr kәs gәrgin mübarizә vә әzmkar oyun izlәdi. "Xәzәr Lәnkәran" matçın ilk hissәsindә yaxşı tәsir bağışlamasa da, ikinci yarıda özünә gәldi. 10 nәfәrlә qalmağımıza baxmayaraq, qarşılaşmanı 0:2-dәn 2:2-yә gәtirdik. Layiqli oyuna görә uşaqları tәbrik edirәm. Azarkeşlәrә dә dәstәyә görә tәşәkkürmü bildirirәm. Mәğlub durumda olarkәn belә onlar bizi dәstәklәdi. Bu heç-heçә qәlәbәyә bәrabәrdi".