Premyer-liqa
Abdullayev: "Bu, o demək deyil ki, "Qəbələ" avroliqaya vəsiqə qazanacaq"
Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi”yə…
Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Simurq” yenə eyni aqibətlə üzləşdi. Zaqatalalılar bu dəfə səfərdə “Qəbələ”yə minimal hesabla məğlub oldu.
Oyundan sonra qonaqların yarımmüdafiəçisi Elnur Abdullayev gərgin keçən qarşılaşma ilə bağlı fikirlərini saytımıza danışıb:
“Oyunun ağır olacağını bilirdik. Bizim üçün final matçı kimi idi. Bu, elə oyun idi ki, qolu vuran komanda qalib gələcəkdi. Bunu da “Qəbələ” qazandı. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Amma bu, o demək deyil ki, “Qəbələ” avroliqaya vəsiqə qazanacaq. Bizim hələ də şanslarımız var. Bunun üçün əlimizdən gələni edəcəyik. Kubok oyunlarına görə çempionatı kənara qoymayacağıq. Çünki hər şey ola bilər. Qarşıda “Qarabağ”la kubokun yarımfinal oyunu var. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib