Premyer-liqa
Abışov: "Artıq komandamızın vəziyyəti qaydasına düşür"
Topaz Premyer Liqasının 29-cu turunda “Simurq”la qarşı…
Topaz Premyer Liqasının 29-cu turunda “Simurq”la qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 6-ya çatdırıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”a 3 xal qazandıran qolu komandanın kapitanı Ruslan Abışov vurub.
Onun cərimə zərbəsindən vurduğu qol Azərbaycan çempionatları tarixinə düşüb. Bu top 1992-ci ildən keçirilən yarışlarda 11000-ci qol olub. Abışov yubiley qolu və uğurlu seriya haqda fikirlərini klub saytına açıqlayıb:
“Artıq komandamızın vəziyyəti qaydasına düşür. İnanıram ki, daha yaxşı olacaq. Hər oyuna qələbə üçün çıxırıq. “Simurq”la matçda da 3 xal qazana bildik. Ardıcıl 6 oyundu qalib gəlirik. Vacib olan da qələbədi. Hər qarşılaşmaya qol vurmaq istəyi ilə çıxsam da, əsas qələbə qazanıb, hesabımıza 3 xal əlavə etməkdi. “Simurq”la qarşılaşmada qol vurdum. Amma bu görüşdə də daha önəmli olan qələbəmiz idi. Buna da nail olduq. Matçdan sonra ölkə çempionatları tarixində 11000-ci qolun müəllifi olduğumu bildim. Bu qolu “Qəbələ” azarkeşlərinə həsr edirəm. Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdı. Amma hələ çalışmalıyıq. Çünki qarşıda 6 görüşümüz qalıb. Bu matçlarda da qələbə üçün mübarizə aparacağıq. Həmin oyunlarda maksimum nəticə əldə etməliyik”.
Qeyd edək ki, ölkə çempionatlarında vurulan 11000 qoldan 12-si Abışovun öz hesabındadı. O, “Simurq”la qarşılaşmada “Qəbələ”nin heyətində 4-cü, Premyer Liqada 12-ci qolunu vurub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza