Ölkə kuboku
"Qarabağ"la oyuna tam heyətlə hazırlaşdı
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çə…
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Simurq" bu gün "Qarabağ"ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ötən gün paytaxtda gələn Zaqatala təmsilçisi qarşılaşmanın keçiriləcəyi "İnter Arena"da son məşqinə çıxıb.
Bir saatdan artıq davam edən çalışmalarda bütün futbolçular iştirak edib.
Qeyd edək ki, "Qarabağ" – "Simurq" oyunun 18:00-da start götürəcək. Qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq. Cavab qarşılaşması isə aprelin 21-də Zaqatala şəhər stadionunda keçiriləcək.
(Klub saytı)