Premyer-liqa
Uzuncanın 10500 davası
“Qarabağ”la son Premyer Liqa matçından əvvəl &l…
“Qarabağ”la son Premyer Liqa matçından əvvəl “Bakı”nın düşərgəsində başverənlərin səbəbi var imiş. Futbolçuların iki məşqə çıxmaması, daha sonra oyunu boykot etməyə çalışması heç də baş məşqçi İbrahim Uzuncanın dediklərində gizlənmirmiş.
Türkiyəli məşqçi əslində, futbolçuların qayğısına qaldığı, onların maaşlarını alması üçün belə etməyib. O, futbolçuların əmək haqqının gecikməsindən yararlanaraq öz qeydinə qalırmış. Belə ki, AFFA onun maaşını azaltdığı üçün Uzunca üsyana başlayıb. Məşqlərin boykotundan sonra oyuna da çıxmamağın böyük risk olduğunu bilən türkiyəli son anda planı dəyişib.
Məsələ ondadı ki, AFFA-da “Bakı”nın maddi problemlərinin həlli üçün müəyyən bir büdcə formalaşdırılıb və buradan maaşlar elə verilir ki, komanda mövsümü başa vura bilsin. Futbolçular orta hesabla 500-600 dollar əməkhaqqı götürür. İbrahim Uzuncanın müqavilə ilə maaşı 10500 dollardı. Amma AFFA ona cəmi 4000 dollar ödəyir. Assosiasiya rəsmiləri həmin məbləğin çox olduğunu, hətta iddialı klublarımızın məşqçilərinin belə bu qədər maaş almadığını əsas gətirərək məbləği azaldıb. Onlar autsayder komandanın çalışdırıcısının bu məbləğə layiq olmadığını düşünür.
Bundan narazı qalan Uzunca məbləğin qalan hissəsini klub prezidenti Hafiz Məmmədovdan almaq üçün səs-küy qaldırıb. Onun çıxışlarında bu iş adamının adının tez-tez hallandırması, “onun üçün hər şey edərik” deməsi də buna hesablanıb. Komandanın məşqi boykot etməsi üçün futbolçuları inandıran, bununla kimlərəsə təzyiq etməyə çalışan İbrahim bəy yalnız son anda təslim olub. O, rəhbərliyin Novruz Əzimovun başçılığı altında əvəzedici heyəti oyuna çıxardığını görəndə futbolçuları “Qarabağ”la oyuna buraxmağı lazım bilib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib