Ölkə futbolu
Ukraynalı futbolçu Lənkərana gəldi
“Xəzər Lənkəran”ın Ukraynadan transfer etmək istədi…
“Xəzər Lənkəran”ın Ukraynadan transfer etmək istədiyi müdafiəçi Andrey Saxneviç ölkəmizə gəlib. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu dünən axşam Lənkərana gələrək, komandanın düşərgəsinə qoşulub.
O, bu gün “ağ-yaşıllar”ın məşqində iştirak edəcək. Baş məşqçi Elbrus Məmmədov məhz yoxlanışdan sonra futbolçu haqqında qərarını verəcək.
Qeyd edək ki, 182 sm boya malik olan Andrey Saxneviç 2005-2009-cu illər aralığında müvafiq olaraq, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. O, 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar