Ölkə futbolu
"Rəvan" UEFA-dan xəbər gözləyir
Azərbaycan U-19 Liqasında vaxtından əvvəl çempionluğu tə…
Azərbaycan U-19 Liqasında vaxtından əvvəl çempionluğu təmin etmiş "Rəvan" ölkəmizi avrokuboklarda təmsil edə bilər. Futbolinfo.az xəbər verir ki, UEFA-nın yeni qaydasına əsasən U-19 Liqasında çempion olan komanda UEFA Gənclər Liqasında oynamaq hüququ əldə edir.
"Rəvan"ın da mötəbər turnirdə iştirak edib-etməyəcəyi ilə maraqlanmaq üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy əməldaşımızla söhbətində qitə futbol qurumunun əsasnaməsini gözlədiklərini bildirdi:
"Bu məsələ ilə bağlı hələ ki, bizə heç məlumat verməyiblər. UEFA-nın əsasnaməsi bu ayın sonunda göndərilməlidi. Çünki çempionat hələ başa çatmayıb. Digər ölkələrin bu yaş qrupundakı çempionatları bitmədiyinə görə əsasnamə göndərilməyib. Məlumat bizə göndəriləndən sonra hər şey bilinəcək. Ondan sonra bu barədə konkret danışmaq olar".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar