Dünya futbolu
İngiltərədə mövsümün futbolçusu kim olacaq?
İngiltərə Premyer Liqasında 2014/15 mövsümünün…
İngiltərə Premyer Liqasında 2014/15 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, siyahıda 6 futbolçu yer alıb:
Dieqo Kosta, Eden Hazard (hər ikisi “Çelsi”), David de Xea (“Mançester Yunayted”), Filippe Koutinyo (“Liverpul”), Harri Keyn (“Tottenhem”) və Aleksis Sançes (“Arsenal").
Sözügedən oyunçuların dördü – Koutinyo, De Xea, Hazard və Keyn mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər sırasında da yer alıb. Bu kateqoriyada digər iki namizəd "Çelsi"nin qapıçısı Tibo Kurtua və "Liverpul"un oyunçusu Raheem Sterlinq olub.
Qeyd edək ki, qaliblərin adı 26 apreldə bəlli olacaq. Səsvermə İngiltərənin 100 klubunun futbolçuları arasında aparılacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir