Premyer-liqa
3 xala 7 min manat
Topaz Premyer Liqasının son 7 turunda məğlubiyyətin nə olduğunu…
Topaz Premyer Liqasının son 7 turunda məğlubiyyətin nə olduğunu bilməyən "Qəbələ"də hələ ki, işlər yolunda gedir. "Qırmızı-qaralar" uğurlu çıxışı davam etdirə bilsə, onların hətta 3-cü pilləyə yüksəlmək şansı da var. Hazırda "Qəbələ"nin bürünc medallar qazandıran pillədən cəmi 3 xal ayırır. Flaqmanın bütün fikrini ölkə kubokunu qazanmağa yönəldəcəyini nəzərə alsaq, bu amil də "Qəbələ"nin köməyinə çata bilər.
Bu yolda klub rəhbərliyi də futbolçulara dəstək olacaq. Məsələ burasındadı ki, 30-cu turda səfərdə "Neftçi" üzərində qazanılan qələbəyə görə "Qəbələ" rəhbərliyi əlini cibinə atmalı olub.
Əldə etdiyimiz məlumata görə, əsas heyətin hər bir üzvünə 7 min manat mükafat veriləcək. Amma bu, son mükafat olmayacaq. Roman Qriqorçukun yetirmələri evdə oynayacağı "Qarabağ"la matçdan da 3 xalla ayrılsa, futbolçuların alacağı mükafatın məbləği 10 min manat olacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib