Ölkə futbolu
Qapıçı məşqçiləri üçün seminar
Azərbaycan yığma komandalarının qapıçı məşqçil?…
Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandesin rəhbərliyi ilə AFFA-nın inzibati binasında seminar təşkil olunub. Futbolinfo.az xəbər verir ki, seminar müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Topaz Premyer Liqası və 1-ci divizion klublarının qapıçılar üzrə məşqçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, seminarın növbəti mərhələsi aprelin 27-də keçiriləcək.
(affa.az)