Dünya futbolu
"Barselona" və "Bavariya" yarımfinalda – YENİLƏNİB
UEFA Çempionlar Liqasında mövsümün ilk iki yar?…
UEFA Çempionlar Liqasında mövsümün ilk iki yarımfinalçısı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 1/4 final çərçivəsində iki cavab qarşılaşması bu gecə İspaniya və Almaniyada baş tutub.
“Barselona” “Nou Kamp”da PSJ-ni qəbul edib. Demək olar ki, katalonlar cütün taleyini ilk matçda həll etmişdi. Bununla belə Luis Enrikenin yetirmələri ikinci matçda da rəqibinə şans tanımayıb. "Barsa" Neymarın dublu sayəsində oyundan qalib ayrılıb.
Digər oyunda isə mövsümün sürprizlərindən biri yaşana bilərdi. Lakin “Bavariya” ilk matçda məğlub olduğu “Portu”nu bu matçda darmadağın etməklə ilk matçın nəticəsinin təsadüf olduğunu sübut edib.
Növbəti iki yarımfinalçının adına sabah aydınlıq gələcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
Barselona (İspaniya) – PSJ (Fransa) 2:0
Qollar: Neymar, 14; 34.
Bavariya (Almaniya) – Portu (Portuqaliya) 6:1
Qollar: Alkantara, 14. Boatenq, 22. Levandovski, 27; 40. Müller, 36. Alonso, 88 – Martinez, 74.
Qırmızı vərəqə: İvan Markano (Portu), 87.