Ölkə kuboku
Çixradze: "İlk oyunda qol vura bilsəydik…"
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oy…
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Simurq"la 0:0 bərabərə qalaraq, finala vəsiqə qazanıb.
Zaqataladakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi George Çixradze oyunu belə şərh edib:
“Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1:0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdü, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindi. Epizoda baxmaq lazımdı. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdı. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.
Qeyde edək ki, "Qarabağ" ilk oyunda 1:0 hesabı ilə qələbə qazanmışdı.
(pfl.az)