Ölkə futbolu
FİFA təsdiq etdi: "Xәzәr Lәnkәran" cəzalanıb – ÖZƏL
"Xәzәr Lәnkәran"ın bosniyalı futbolçu Veldin Mu…
"Xәzәr Lәnkәran"ın bosniyalı futbolçu Veldin Muharemoviçә görә transfer qadağası cәzası ilә üzlәşdiyini xәbәr vermişdik. 2011-ci ildә kluba gәlәn vә heç bir oyun oynamadan komandanın düşәrgәsini tәrk edәn müdafiәçi cәnublulardan FİFA-ya şikayәt edib.
Hәmin şikayәt әsasında ali futbol qurumu Lәnkәran tәmsilçisini transfer etmәk hüququndan mәhrum edib. Klub rәsmilәri bunu tәkzib etsә dә, FİFA futbolinfo.az-ın rəsmi sorğusuna cavabında hәqiqәtәn "Xәzәr Lәnkәran"a transfer qadağası cәzası verdiyini tәsdiq edib: "Biz 2011-ci ildә bosniya vә hersoqovinalı futbolçu Veldin Muharemoviçdәn şikayәt almışıq. FİFA hәmin mәsәlәyә baxıb vә qәrar verib. Qәrara görә, hәqiqәtәn "Xәzәr Lәnkәran" transfer hüququndan mәhrum edilib. Lakin onlar İdman Arbitraj Mәhkәmәsinә (CAS) şikayәt edib. Hazırda CAS-da bununla bağlı araşdırma gedir. Onlar baxdıqdan sonra yekun qәrar verilәcәk".
2014-cü ilin oktyabrında verdiyi qərarla iki transfer pəncərəsi dövründə cənubluların oyunçu almasına əngəl olan FİFA-nın cəzası qışda qüvvədə olub. Elə bu səbəbdən də lənkəranlılar heç bir transfer edə bilmədi. Cənublular CAS-ın onları haqlı çıxaracağına ümid edərək, yay üçün transfer planları cızır.
Bizim sorğumuza cavab verən, amma adının açıqlanmasını istəməyən FİFA rəsmisi əlavə məlumat verməkdən imtina etdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib