Bizi izləyin

I Liqa

“Neftçala” rəhbərliyinin “viski şousu”

Ölkə çempionatının 1-ci divizionunu yaxından izləyən…

blank
Ölkə çempionatının 1-ci divizionunu yaxından izləyənlər tez-tez mənə bu yarışı başqa adla tanıtmağa çalışırdılar. “Vəhşi diviziya” deyiminin şişirtmə, bir az da zarafat xatirinə deyilmiş söz olduğunu düşünürdüm. Amma cümə günü əmin oldum ki, həqiqətən də 1-ci divizion vəhşilərin diviziyasının qarşılaşma meydanı imiş. Çox təəssüf ki, oyunuyla vəhşi qorxusu yaradan futbolçuların yox…
***
“Rəvan” – “Neftçala” görüşü (1:3) mövsümün şah oyunu idi. Liderlərin qarşılaşmasında meydan sahibləri qalib gələcəyi halda onların arasında xal fərqi birə enəcək, növbəti turlar daha gərgin keçəcəkdi. Ancaq elə alındı ki, qonaqlar vacib qələbə sayəsində izləyicisindən xeyli uzaqlaşdı və demək olar ki, çempionluğu təmin etdi.
“Neftçala” oyun planında fövqəladə bir şey göstərmədi, sadəcə, intizamlı futbol oynayıb, rəqibin səhvlərindən maksimum yararlandı. Əyalət klubu rəqib qapıçının və mərkəz müdafiəçisinin səhvlərini əla dəyərləndirdi, bundan başqa, fiziki cəhətdən axsayan “Rəvan” futbolçularının irəlidə çoxala bilməməsini parlaq qələbəylə tamamladı. Yəni, “Neftçala” baş məşqçisi Kamal Quliyevin bir müddət öncə dediyi “başqa planetin komandası” tərifinə qətiyyən layiq deyil. Komanda yaxşı oynayır, ancaq belə bənzətmə yersiz lovğalıqdan, ədəbazlıqdan başqa bir şey deyil.
“Rəvan”a gəlincə, bu komandada pərakəndəlik diqqət çəkir. Aşkar hiss olunur ki, komandanın ikinci pilləyə yüksəlməsi yalnız bir neçə nəfərin fədakarlığı nəticəsində mümkün olub. AFFA-nın baş katibi Elxan Məmmədovun məlum sərsəm açıqlamalarından sonra klub rəhbərliyi futboldan küsüb, diqqəti azaldıb.
***
Turun mərkəzi oyunu, istənilən halda, əzmkarlığın nəticəsi olan gözəl mübarizə ilə yadda qaldı. Təəssüf ki, bütün bunlar tribunada yaşananların kölgəsində qaldı. Hətta Neftçaladan gələn 100-ə yaxın azarkeşin komandalarına əla dəstəyi də ümumi mənzərənin gözəl görünməsinə şərait yaratmadı.
***
Hər şey VİP-Lojanın “Neftçala” rəhbərliyinin toplaşdığı tərəfdə baş verdi. Ümumiyyətlə, bu qədər adamın bura necə soxulması mənim üçün qaranlıq qaldı. Hər cür söz danışa bilən insanların qərar tutduğu yerdə təhqir də eşitdik, məsxərəyə qoymaq cəhdi də, lağlağı da. İnsan ağzını açanda artıq onun kim olduğunu bilirsən. Ola bilər ki, “Neftçala” rəhbərlyi həqiqətən çox mədəni, bacarıqlı adamlardı, əks halda belə imkanlı komanda onlara həvalə edilməzdi. Sadəcə, yəqin ki, onların əyləşdiyi lojaya viski şüşələri həddindən çox daşındığı üçün vəziyyət dəyişmiş, bu bahalı içki onların ərkanını xumarlandırmışdı.
***
Gözünüz aydın, futbolumuzda qoçular dövrü geri qayıdır. Avtomatla, top-tüfənglə çempion olan “Turan”ın varisi qayıdır, hərbə-zorba ilə çempion olan “Şəmkir”in layiqli davamçısı yetişir. Hay-küylə, hədəylə, qol gücü ilə qələbələri sıralayan komandalarımız var idi ha… Bax, “Neftçala” adamda həmin təəssüratları yaradır. Cümə günü sanki Fuad Musayevin dövründəki ölkə çempionatını izləyirdim.
***
Rəqibə acıq vermək, “daha qol vurmayın” tipli acıqvermələri başa düşmək olar. Bu, futbolda normal şeydi. Bir şərtlə ki, bunu fanatlar edə, klub rəhbərliyi yox. Ancaq “Neftçala”nın başbilənləri bunu özünə sığışdırır, qonşu sektorda əyləşən “Rəvan” rəsmilərinin eşidəcəyi tərzdə meydan sahiblərini ələ salırdılar. “Rəvan” rəhbərliyi isə susurdu. Onların belə susqunluğunun iki səbəbi ola bilərdi: ya cavab verməyə cəsarətləri çatmırdı, ya da onların səviyyəsinə enmək istəmirdilər.
***
Kamal Quliyevin dediyi “başqa planetin komandası” bu olsun gərək. Hesab 3:1 olarkən meydanda elə sevinc var idi ki, gəl görəsən. Komandada intizamın səviyyəsinə bax ki, 2 futbolçu meydana çıxmadan sarı vərəqə aldı. Yəqin divizion hakimlərinin loyallığına öyrəşiblər, amma prinsipial görüş olduğu üçün bu oyuna təyinat alan FİFA referisi Orxan Məmmədov heç nəyi gözündən qaçırmadı.
Klub prezidenti Famil Səfiyev oyunda yox idi, onu isə hamının başına pərvanə kimi dolandığı başqa biri əvəzləyirdi. Deyilənlərə görə, həmin şəxs – Toğrul Seyidov komandaya SOCAR-dan ayrılan pulun əsas nəzarətçisidi. Bu şəxs isə deyəsən, təkcə pula yox, hər şeyə nəzarət edir. O, hətta Kamal Quliyevin məşqçi xarizmasına tüpürməyi də yaddan çıxarmadı. Çünk Nakim Vəliyev meydana məhz onun ardıcıl göstərişlərindən sonra buraxıldı.
***
Oyunun sonları daha gərgin keçdi. Qələbəyə sevinən futbolçularla “Rəvan”dan kiminsə sözü çəp gəldi, kiçik mübahisə yaşandı. Bu zaman Seyidovun “Neftçala”nın futbolçusuna “Vur, …-baş elə” əmri heç rəhbərə yaraşan davranış tərzi deyildi. “Rəvan” azarkeşlərindən birinin qonaq futbolçulara xitabən “özünüzü qonaq kimi aparın” iradı isə elə həmin qaragüruhun xoşuna gəlmədi. Bu zaman Seyidovun yanında əyləşən qoçulardan birinin lojadan tribunaya tullanması vəziyyəti qəlizləşdirdi. İnsaf naminə Toğrul bəy təhlükəni vaxtında hiss edib işçisinə dəfələrlə “etmə-etmə” dedi ki, bu da bəlkə, qan düşməsinin qarşısını aldı. İstənilən halda, həmin şəxs azarkeşi sürüyərək tribunanın pilləkənlərinə, xəlvəti yerə çəkdi. Polislərin sadəcə, olayı seyr etdiyi bir vaxtda azarkeş orada döyülməsə də, elə təhqir edildi ki, o, çətin bir də futbola baxmağa gəlsin. Bu da “Neftçala”nın futbolumuza bir “xidmət”idi ki, Premyer Liqaya çıxmamış azarkeşləri tribunalardan qaçaq salırlar.
***
Matçdan sonra paltardəyişmə otağının qarşısında da insident yaşandı. Ancaq bu, təbii hal idi. Uduzanlar rəqibin sevincini həzm edə bilmədilər, nümayişkəranə şəkildə sevinmələrinə reaksiya göstərdilər. Amma hər şey tez yoluna düşdü. Seyidov başının dəstəsi ilə “Neftçala”nın soyunub-geyinmə otağına daxil oldu, oyundan əvvəl vəd etdiyi 10000 dollar mükafatı ikiqat artırdı, danışdı, təbrik etdi, getdi…
…Yox, getmədi, bayırda jurnalistlərə qısa açıqlama da verdi: “Oyun çox gözəl keçdi. "Rəvan" bizdən üstün oynadı, amma uduzdu”.
Əməkdaşımızın "Qələbə qazanacağınızı gözləyirdinizmi" sualına isə Seyidov maraqlı cavab verdi: "Mən 6:1 hesabı ilə qələbə qazanacağımızı gözləyirdim. 4 ildi ki, Premyer Liqaya hazırıq. Lisenziya məsələsi artıq qurtardı. Siz bizi elitada görürsüz, yoxsa yox? Biz orda çıxış edənlərin hansından zəifik? Premyer Liqada oynamağı haqq etdik. Elitada liderdən də üstün olmağa çalışacağıq".
***
Ayaqüstü brifinq qurtardı, məşqçilərlə danışmaq üçün koridora qayıdan jurnalistləri isə yenidən bayıra çağırdılar. Bu dəfə Toğrul bəyin ətrafındakılardan başqa birisi idi. Əlində yüzlük dollarlarla müsahibə götürən jurnalistləri axtarırdı. Sərt şəkildə rüşvətdən imtina etməmiz onu çaşdırmışdı, yəqin ilk dəfə qarşısına futbolinfo.az-ın əməkdaşları kimi “axmaqlar” çıxmışdı. Onun çaşqın qaldığı bir vaxtda az öncə 400 dollar “şirinlik” alan polis işçiləri dilə gəldi: “Ayə, müəllimi yaxşı işıqlandırarsız haaa…”
İttiham kimi səslənməsin, lakin “Neftçala” rəsmilərinin belə əliaçıqlılığını görəndən sonra adam onların zirvədə qərarlaşmasına bir az şübhə edir. Azərbaycanda o qədər yolundan dönən hakim, cibinin dolması naminə komandasınan uduzmasına razılaşan şərəfsiz futbolçu var ki. Bəlkə, bəlkə, bəlkə də…
***
Daha bir komediya “Neftçala” rəhbərliyinin göndərdiyi rüşvəti başlarına çırpandan sonra izlədik. İndi də klubun digər işçiləri xahiş edirdi ki, Seyidovdan aldığımız açıqlamanı klub prezidenti, özü oyunda olmayan Famil Səfiyevin adından yazaq. Deyəsən, viskinin xumarı çəkilmişdi və Toğrul bəy adının mətbuatda hallanmasını istəmirdi.
Görün klublarımıza kimlər rəhbərlik edir? “Vəhşi diviziya” haqda ilk təəssüratlarımız belədi. Mütləq yaxınlarda daha bir oyuna baş çəkəcəm. Dünən Gəncədə başverənlər daha bir biabırçılıqdı, amma deyirlər “Qaradağ Lökbatan”da elə bir rejim hökm sürür ki, “Neftçala” onların yanında toyagetməlidi. Gərək gedib, özümüz şahid olaq.
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm