Dünya futbolu
Federasiya Kuboku tarix olur
İngiltərə futbol tarixində böyük yeri olan Federasiya Ku…
İngiltərə futbol tarixində böyük yeri olan Federasiya Kuboku artıq tarix olur. Futbolinfo.az xəbər verir ki, gələn mövsümdən etibarən 144 illik turnirin adı dəyişdiriləcək.
2015/16 mövsümündən etibarən Federasiya Kuboku "Emirates Kuboku" adlandırılacaq. Buna səbəb “Emirates Airlines" şirkəti və İngiltərə Futbol Federasiyası arasındakı anlaşmadı. Tərəflər ad hüquqlarının satılmasıyla bağlı 3 illik müqavilə imzalayıb. Anlaşmanın illik dəyəri 10 milyon funt-sterlinqdi.
Tərəflər arasındakı bu anlaşma 30 maydakı Federasiya Kubokunun final oyunundan öncə rəsmən açıqlanacaq.