Bizi izləyin

Müsahibə

Kamal Quliyev: "Mən o səviyyənin insanı deyiləm"

Ötən gün futbol üzrə Azərbaycan çempionatı…

blank
Ötən gün futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, MOİK öz meydanında lider “Neftçala”nı qəbul edib. İlk hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatsa da, ikinci yarıda əyalət təmsilçisi rəqibinin qapısından 4 cavabsız top keçirməyə müvəffəq oldu. 
Bu qələbədən sonra komanda çempionatın sonrakı matçlarının nəticəsindən asılı olmayaraq, ilk 2 pillədən birini təmin edib. 69 xala malik “Neftçala” çempionatda çıxışını dayandıran “Lokomotiv”lə oyunu da qalıb. Bu da o deməkdi ki, əyalət təmsilçisi bütün qarşılaşmalarda uduzsa belə, 72 xalı olacaq. Əgər Neftçala klubu AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələrsə, onlar növbəti mövsümdən Premyer Liqada çıxış edə bilərlər. Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Kamal Quliyev qarşılaşma və komandanın gələcəyi ilə bağlı saytımıza müsahibə verib:
 
– İlk hissədə komanda sönük oyun nümayiş etdirsə də, 2-ci yarıda rəqibin müqavimətini qıra bildiniz. Matçla bağlı fikirlərinizi bilmək istərdik…
– “Rəvan”la ağır oyundan sonra bəzi futbolçulara istirahət vermişdim. Bu da oynumuzda özünü göstərdi. Ancaq MOİK kimi komandalara qarşı oynamaq bir az çətindi. Çünki rəqib hücum etmir. Amma biz də 1-ci hissədə uğurlu çıxış etmədik. Bu tip komandalarla oyuna köklənmək bir az çətindi. Həmçinin, mövsümün sonudu. Bu, futbolçularda özünü biruzə verir. Amma ən önəmlisi 3 xaldı. Onu da əldə etdik. Oyunumuzda narazı qaldığım məqamlar oldu. 
– Necə düşünürsünüz, çempionatda əsas rəqiblərinizdən olan “Rəvan”ı ötən turda məğlub etdikdən sonra futbolçular eyforiyaya qapılmamışdıkı?
– Bu da ola bilər. İlk yarıdan sonra futbolçular soyunub-geyinmə otağında sanki, qapanmşdılar. Elə bil ab-havadan çıxa bilmirdilər, özlərindən razılıq artıb və işlərinin 90 faiz həll olunduğunu düşürdülər. Bu cür hallar əlbətdə, komandaya da təsir edir. Amma etdiyimiz söhbətlər və əvəzetmələrlə oyunu ələ ala bildik. Bundan əlavə, meydança amili və rəqibin həvəssiz oyunu və s. amillər var ki, oyunumuza təsir etdi. 
– “Rəvan”la qarşılaşmada bütün oyunu ayaq üstə futbolçulara qışqıraraq göstəriş verirdiniz. Ancaq bu dəfə buraxılan qola kimi sakitcə yerinizdə əyləşmişdiniz…
– Bilirsiz, belə komandalarla matçda da qışqırsan daha nə noldu?  Düzdü, MOİK gənc futbolçulardan qurulmuş komandadı və bu gün bir neçə aparıcı oyunçusu iştirak etmirdi. Ancaq biz də çempionluq uğrunda mübarizə aparırıq. Yəni, mən də matçı sakitcə izləmək istəyirdim. Heç olmasa, 1 qarşılaşmada da olsa qıraqdan komandanın oyununa baxıb, ləzzət almağı düşünürdüm. Bu tip komandalarla görüşlərdə futbolçular özlərini çox rahat aparmalı, öz oyunlarından zövq almalıdılar. Amma gördüm ki, xeyri yoxdu, yenə də danlşmalıyıq, yenə də qışqırmalıyıq.  Çünki indi vəziyyət çətindi. 
– Komandanız qolu buraxandan sonra əsəbləşdiz və sanki kimisə təhqir etdiniz. Maraqlıdı, o söyüşlərin hədəfi kimlər idi?
– Mən heç vaxt futbolçunu söymərəm. Ola bilər özüm-özlüyümdə nəsə deyə bilərəm. Onlar mənim kiçik qardaşlarımdı. Mən o səviyyənin insanı deyiləm. Biz burda bir ailə yaratmışıq. Əgər futbolçulardan kiməsə qarşı söyüş işlədərəmsə, elə bilərəm ki, öz qardaşımı – ailə üzvümdən birini təhqir etmiş olaram. 
– Əgər “Neftçala” gələn mövsüm Premyer Liqada iştirak edərsə və siz də komandanın başında olsanız, çempionatda əsas hədəfiniz nə olacaq?
– Mən bunu dəfələrlə demişəm ki, bizim əsas məqsədimiz Azərbaycan futboluna yeni bir dəst-xətt gətirmək, digər komandalardan öz oyun üslubumuza görə seçilməkdi. Başqalarının oynadığı sistemdən fərqli bir sistem seçmişik. Əsas hədəfimiz bütün komandalara qarşı müabarizə aparmaqdı. Onlara sübut etmək istəyirik ki, biz 1-ci divizionda elə-belə çempion olmamışıq. Komandada oynayan gənc, potensiallı futbolçuları ölkə futboluna qazandırmaq istəyirik. Digər komandaları bizim ifamızda gözəl oyun gözləyir. Premyer Liqada qapazaltı olub, yenidən 1-ci diviziona qayltmaq istəmirik və normal sıralarda olmağı düşünürük. Gücümüzün və ən əsası büdcəmizin çatdığı qədər mübarizə aparacağıq.
– “Araz-Naxçıvan”da ötən il 1-ci divizionda çempion olub, Premyer Liqaya vəsiqə qazandı. Ancaq komanda mövsümlərarası fasilədə demək olar ki, heyətini gücləndirmədi və uğursuzluğa düçar oldular. Bu uğursuz nümunə sizə bir işarədimi?  Yayda komandaya yeni futbolçular dəvət edəcəksinizmi?
– Premyer Liqada çıxış edəcəyiksə, bu, mütləq şəkildə vacibdi. Rəhbərliklə bu barədə söhbət etmişik. Əgər komanda elitada çıxış edəcəksə, heyətə ustalıq səviyyəsi yüksək olan təcrübəli və gənc futbolçular dəvət olunmalıdı. Hansı ki, daimi olaraq əsas heyətdə çıxış edirlər. Fərqi yoxdu, istər yerli, istərsə də legioner. Bu barədə biz indidən artıq öz işlərmizi yavaş-yavaş görməyə başlamışıq. Ən azı 4 legioner futbolçu komandaya cəlb olunacaq. Digər mövqelərə isə qeyd etdiyim kimi gənc və potensiallı futbolçuları cəlb edəcəyik. Bizim tam fərqli bir planımız  və rəhbərliyimiz var. 1-ci divizion təmsilçisi olmağımıza baxmayaraq, Premyer Liqanın liderlərini çıxmaq şərtilə, bizim digər komandalar kimi şəraitimiz var. İstənilən vaxt təlim-məşq tolanışına getmək, oyundan 1 gün öncə bir yerdə qalmaq və s. Bunlar üçün maliyyə vəsaiti lazımdı. Sağ olsun klub rəhbərliyi, çox iş gördü. Biz də bunun müqabilində onların əziyyətini itirmədik və onlara layiq olan bir yerdə qərarlaşmışıq. Əsas məqsədimiz liqaya çıxıb, daha da təkmilləşib, irəliyə getməkdi. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm