Əvəzedicilər
Baş məşqçisi "İnter"i ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 33-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində ev sahibi komandanın baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb, kluba 2500 manat cərimə kəsilib.
“Bakı” – AZAL matçının 27-ci dəqiqəsində qonaq komandanın futbolçusu Fariz Nəcəfov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 100 manat məbləğində cərimə olunub.
(pfl.az)