Ölkə futbolu
İki Bakı klubuna texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı liqalarda baş tutan oyunlarla bağı cəzalar açıqlanıb.
U-17 Liqasının “Simurq” – “Bakı”( 8 may) matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasının “Turan Tovuz” – “İnter”( 11 may) matçında da qonaq komanda iştirak etməyib və buna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan birinciliyinin “Çevik” – “Xəzər Travel” (9 may) matçının 20-ci dəqiqəsində qoaqların futzalçısı Murad Ağakişiyev təhqiredici jestə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-16 Liqasının “Vətən” – “Sumqayıt” ( 7 may) matçının 76-cı dəqiqəsində qoanqların futbolçusu Ruslan Məmmədov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-15 Liqasının “Neftçi” – “İnter” (4 may) matçının 35-ci dəqiqəsində qoaqları futbolçusu Bayram Paşazadə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
(affa.az)