Premyer-liqa
1 xalın qurbanları: XL qaydalardan xəbərsizdi?
Bu gün AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının 33-c&uum…
Bu gün AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının 33-cü turu ilə bağlı cəzaları açıqlayıb. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov “Qarabağ”la matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak etmədiyinə görə cənublular İK tərəfindən 1000 manat cərimələnib.
Maraqlıdı ki, Hüseynovun əvəzinə A kateqoriyalı lizensiyasının müddətinin başa çatdığına görə baş məşqçi postundan getmək məcburiyyətində qalan Elburus Məmmədov çıxış edib.
Bəs görəsən, bu anlaşılmazlığın səbəbi nədi? Saytımıza açıqlama verən “ağ-yaşılların” mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələyə belə aydınlıq gətirdi: “Protokolda Yunis Hüseynovun adı yazıldığına görə onun mətbuat konfransında iştirak etməsi lazım idi. Sadəcə, qarşılaşmadan sonra Yunis müəllim təcili olaraq Bakıya qayıtmalı oldu. Buna görə də, media nümayəndələrinin önünə Elbur Məmmədov çıxdı. Kluba cəza verilibsə, hər halda ödəməliyik. Növbəti oyunda Hüseynovun özü mətbuat konfransında iştirak edəcək. Sadəcə, bu dəfə xəstəsi olduğu üçün Yunis bəy təcili Bakıya qayıtmaq mətburiyyətində qalmışdı”.
Əsasnaməyə görə baş məşqçinin mətbuat konfransında iştirak etməsi vacibdi. Əgər üzrlü səbəb olarsa, dərhal AFFA nümayəndəsinə məlumat verilməlidi. Assosiasiyanın rəsmisi isə öz növbəsində məsələni araşdırmalı, üzrlü səbəbin təsdiqini tapmalıdı. Və bu zaman hansısa istisnalara icazə verilə bilər. Görünür, məlum məsələdən “Xəzər Lənkəran” rəsmiləri AFFA nümayəndəsini xəbərdar etməyib. Belə çıxır ki, gənc futbolçuların ümidinə qalan cənublular ötən turda “Qarabağ”la heç-heçədən məmnun qalıblar. Belə durumda 1 xal onlar üçün nəinki 1000 manata, hətta milyonlara dəyər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşması 1:1 hesabı ilə başa çatmışdı.