Premyer-liqa
Mahir Mədətov narazıdı: "Heç kimi döyməmişəm"
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası ke&…
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra son turda keçirilən "Bakı" – AZAL oyununda meydan sahiblərinin heyətində qırmızı vərəqə alan Mahir Mədətovla bağlı açıqlanan cəza ağır olub.
Belə ki, yarımmüdafiəçi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb və klub 2000 manat cərimə olunub. Belədə, Mahir ən yaxşı halda sonuncu – 36-cı turda "Qəbələ" ilə matçda meydanda görünə bilər. Məlum qərara Mədətovun reaksiyası belə olub:
"Əvvəl də bildirmişdim ki, həmin epizodda etdiyim hərəkət tam qırmızı vərəqəyə uyğun deyildi. Yəni sarı ilə də kifayətlənmək olardı. Çünki rəqibi bilərəkdən vurmadım. Qərar ağır oldu. Üstəlik 2000 manat da cərimə tətbiq olundu. Halbuki, mən heç kimi söyməmişəm və döyməmişəm. Sırf oyun epizodu olub. "Bakı"da maliyyə problemləri var. 2000 manat cərimə də heç yerinə düşmədi. Mövsüm isə artıq demək olar ki, bitib. Mövsümü öz adımdan uğurlu olduğunu düşünürəm. Amma məşq edib, daha da artırmalıyam. Növbəti 3-4 ili özümü yalnız məşqlərə verəcəm".
Qeyd edək ki, bu tur “İnter” – “Neftçi” matçında "bankirlər"in qapıçısı Səlahət Ağayev də birbaşa qırmızı vərəqə alsa da, qolkiper İK tərəfindən 1 oyunluq cəzalandırılıb və klub 200 manat cərimə olunub.
TAHİR MƏMMƏDOV
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”