Bizi izləyin

Ölkə futbolu

Qazanclı layihə: Elxan Məmmədovun “Kəpəz” oyunu”

AFFA Lisenziyalaşdırma Komissiyasının son iclası elə bir vaxta t…

blank
AFFA Lisenziyalaşdırma Komissiyasının son iclası elə bir vaxta təsadüf etdi ki, bayramların bol olduğu Azərbaycanda üçgünlük istirahət dövrü açıqlanan qərarların müzakirəsinə mane oldu. Daha doğrusu, qəbul olunan qərarlara tənqidi münasibətin effektivliyi azaldı. Bununla belə, məsələ aktualdı və yəqin ki, yeni mövsümün startına kimi də davam edəcək.
Gəncə futbolumuzun Məkkəsi sayılır. Elə bu üzdən də AFFA-nın baş katibi Elxan Məmmədov incə məqamdan yapışıb. O, şəxsi məqsədlərini hansısa Bakı təmsilçisində, sıradan əyalət klubunda yox, məhz ölkənin ən titullu klublarının birinin timsalında reallaşdırır.
Çox maraqlıdı, lisenziya tələblərini 1-ci divizionun liderləri, iddialı klubları yox, 10-cu yerdə gedən “Kəpəz” ödəyib.
Klubun prezidenti Mehman Allahverdiyevin saytımıza verdiyi müsahibədən anlaşılır ki, əslində, onların heç nəyi yoxdu, sadəcə, gözlərini AFFA-ya dikiblər. Stadion kimi assosiasiyanın tikdirdiyi “Dalğa Arena”nı sifariş edən komanda sponsor üçün də elə onların ianəsinə ümidlidi.
Absurddu! “Qaradağ-Lökbatan”,  “Neftçala”,  “Rəvan”, “Şuşa Qarabağ” və “Turan Tovuz”un bacarmadığını yəni daha acınacaqlı durumda olan Gəncə təmsilçisi bacardı?
“Rəvan”ın durumu aydındı – klubun himayədarlarının müəyyən sıxıntıları var, bəs, digərləri? Ona qalsa, öz stadionu olan “Qaradağ-Lökbatan” və AFFA-nın hesabına arenası yenilənən “Turan Tovuz” AFFA-dan dəstəyə daha çox layiq idi. Hətta əla infrastrukturu olan “Bakı”nı elitada saxlamaq və ya yeni stadion tikən “Rəvan”a da dəstək vermək olardı. Amma Elxan Məmmədovun dəstəyi və diqtəsi ilə “Kəpəz” lisenziya aldı.
Gəncə futbolsevərləri bizdən inciməsin: biz heç də “Kəpəz”in Premyer Liqaya gəlişinin əleyhinə deyilik. Sadəcə, iş ondadı ki, ölkənin ən nüfuzlu klublarından birinin baş katibin əlində oyuncaq olacağını görürük və bunun əleyhinəyik. Axı, tezliklə klublara dövlət yardımı ayrılması ideyası rəsmiləşəcək. Həmin pulu əldən buraxmamaq üçün Məmmədova elə Mehman Allahverdiyev kimi belə işlərin “mütəxəssis”i olan şərik lazımdı. Söhbət 30 faizin ünvana çatmasından gedir…
Beləliklə, əsas söhbət Gəncə futbolunun futbolumuzun elitasına qayıtması olacaqsa, arxa planda buna görə Məmmədova çatacaq pay müzakirə mövzusudu. Eyni payı “Rəvan”, “Bakı” və ya ARDNŞ-nin maliyyələşdirdiyi digər divizion təmsilçiləri verməyəcəkdi, amma Allahverdiyev baş katibə tamamilə uyğun adamdı. Elə “Kəpəz”in qəfildən lisenziya almasındakı sirri-xuda da bundadı.
Mövsüm bitərkən Peşəkar Futbol Liqasının nümayəndələri “Neftçala”ya çempionluq medallarını təqdim edəcəklər. Yəqin ki, həmin tədbirdə son söz belə olacaq: “Götürün bu medalları, gedin özünüzə iş axtarın”. Başqa söz də yoxdu. AFFA Lisenziyalaşdırma Komissiyası bu qərarları indi açıqlamaqla faktiki divizionda mübarizə ruhuna, rəqabətə tüpürdü. “Sən nə istəyirsən çal, mən öz bildiyimi oynayacam”. Siz 1-ci, 2-ci yeri tuta bilərsiz, elitada 9-cu yerdə gedən komanda oynayacaq.
AFFA Lisenziyalaşdırma Komissiyası indi iddia edə bilər ki, bu klublarda peşəkarlıq yoxdu, onlar tələblərə əməl etmirlər, ona görə də “Kəpəz”ə lisenziya veririk. Məntiqlə haqlıdılar, ancaq gəlin hər şeyi adı ilə çağıraq. Axı, lisenziya tələbləri elədi ki, onu həll etmək üçün “Neftçala” və “Kəpəz” eyni imkana malikdi. Turnir mövqeyi baxımından hətta “Neftçala” daha üstündü. Sadəcə, “Kəpəz”in Elxan Məmmədov kimi məkrli, məqsədli day-dayı var, divizionun çempionuna isə söz verilənlər yaddan çıxıb.
Gəlin lisenziya tələblərinə baxaq və onların reallaşması üçün klubların imkanlarına nəzər yetirək.
İnfrastruktur meyarı
Burada əsas tələb klubun oynayacağı stadion, qapalı məşq arenası, eləcə də ümumiyyətlə, məşq meydançaları ilə bağlıdı. Əvəzedici heyət, gənclər komandalarının rəsmi oyun və məşqləri üçün istifadə olunan stadion/meydançalarının siyahısı da lisenziya sənədində dəqiq göstərilməlidi. Klubun öz stadionu yoxdusa, hansısa arenalarla bağlanmış 3 vərəqlik icarə müqaviləsinin surəti də keşərlidi. Qapalı meydança kimi hansısa Olimpiya İdman Kompleksi ilə icarə müqaviləsi bağlamaq da çətin deyil.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, klubun təmsil etdiyi bölgənin, şəhərin, rayonun polis idarəsindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məktub almaq da çox asandı.
“Kəpəz”i dartıb Mərdəkana – Elxan Məmmədovun qohumunun rəhbərlik etdiyi “Dalğa Arena”ya gətirməklə Gəncə futbolu inkişaf etməyəcək. Başa düşürük, Gəncə şəhər stadionu təmir olunmalıdı, amma həmin işlər yekunlaşana kimi “Kəpəz” Mingəçevirdə, Şəmkirdə, Yevlaxda oynasa, daha yaxşı olmazmı? Bundan başqa, vaaxtilə Tovuz stadionunu təmir etdirən AFFA rəsmiləri niyə Gəncəyə biganə qalmışdı? Deməli, strategiya düzgün deyil – birinin arenasına əl gəzdirilir, ikincisi qaçqın komanda statusunda elitaya gətirilir. Belədə nə Tovuz, nə də Gəncə futbolsevərlərinin yarası sağalır, ikisi də yarımçıq can yiyəsi olur. Stadionsuz “Kəpəz”in elitada nə işi var və ya stadionu olan “Turan Tovuz” kimi klub niyə divizionda itib-batmalıdı? Hər iki şəhər ölkəyə kifayət qədər istedad bəxş edib, amma hər ikisi də Elxan Məmmədovun oyunlarının əsiridi.
Nəticə: Bunu 5-ci pillədə qərarlaşan “Zirə”, 9-cu yerdə gedən “Kəpəz” bacarırsa, digərləri niyə etməsin? Deməli, sırf bu meyarla bağlı hər hansı problem yoxdu.
Hüquq meyarı
Lisenziayalaşdırmada iştirakla bağlı ərizə; Məxfilik müqaviləsi; Minimum hüquqi məlumat; İnfrastruktur cədvəli – bütün bunlarda da qeyri-adi nəsə yoxdu. Sadəcə, normal bir mütəxəssis, savadlı işçi tapıb sənədləri toplamaq lazımdı.
Nəticə: Bunu 5-ci pillədə qərarlaşan “Zirə”, 9-cu yerdə gedən “Kəpəz” bacarırsa, digərləri niyə etməsin? Deməli, bu meyarla bağlı da hər hansı problem yoxdu.
İdman meyarı
1. Gənclər futbolunun inkişafı Proqramı
2. Oyunçuların qeyri-futbol təhsili bəyannaməsi
3. İnfrastruktur cədvəli
4. Kadr cədvəli
5. Maliyyə cədvəli
6. Komandalar 
7. Yarışlarda iştirakla bağlı bəyannamə
8. Həkim bəyannaməsi
9. İrqçilik
Bəlkə də, sıralanmasına və nömrələnməsinə görə bir az qəliz görünər, amma tətbiqi çox asandı. Bunu hətta həvəskarlar liqasında oynayan komandadan da tələb etmək və almaq olar. “Bakı”, “Qaradağ-Lökbatan”,  “Neftçala”,  “Rəvan”, “Şuşa Qarabağ” və “Turan Tovuz”un bunu edə bilməyəcəyini düşünmək belə ağılsızlıqdı. Düzdü, uşaq komandaları ilə bağlı problem ortaya çıxa bilər. Ancaq eyni problem “Kəpəz”də də var idi. Onlar Gəncə UGİM-lə müqavilə bağlayıb, hər şeyi yoluna qoyublar. Belədə digərləri üçün də bu çətinliyi aradan qaldırmaq üçün əngəl qalmır. Xüsusilə, “Bakı” bu baxımdan hamıya dərs keçə bilər. “Zolaqlılar”ın uşaq komandalarının iştirakı ilə ayrıca çempionat da keçirmək olar.
Nəticə: Bunu 5-ci pillədə qərarlaşan “Zirə”, 9-cu yerdə gedən “Kəpəz” bacarırsa, digərləri niyə etməsin? Deməli, bu meyarla bağlı da hər hansı problem yoxdu.
Kadr və inzibati meyar
Hə, deyəsən, əsas məqamlara çatırıq. Burada klublardan kadr cədvəli tələb olunur. Kadr cədvəlində yer alan şəxslərlə bağlı məlumat (şəxsiyyət vəsiqəsinin, diplomun, sertifkatların surəti, vəzifə təlimatlar) olmalıdı. Bu problem bütün klublarda ola bilər. Divizion klublarında bəzən 5-6 işi bir nəfərin gördüyünü nəzər alsaq, onların bu məqamda axsaması realdı. Ancaq bu vəziyyət hamıda eynidi. Dünənin “Zirə”si, 3 nəfərdən ibarət olan “Kəpəz” böyük bir siyahı hazırlayırsa, digərləri niyə bunu etməsin? Hətta AFFA-nın məxfi saxladığı siyahılarda “Zirə” və “Kəpəz”in də “axsadığına” əminəm. Xüsusilə, müxtəlif uşaq komandaları ilə bağlı müəyyən tələblərə cavab verən məşqçi heyətinin adlı siyahısının qısa müddətdə hazırlanması qeyri-realdı. Amma lisenziya alan klublar bunu bacarıbsa, deməli, oxşar şərtlər altında yaşayan digər divizion təmsilçiləri də eyni tələbin öhdəsindən gələ bilər.
Nəticə: Bunu 5-ci pillədə qərarlaşan “Zirə”, 9-cu yerdə gedən “Kəpəz” bacarırsa, digərləri niyə etməsin? Deməli, bu meyarla bağlı da hər hansı problem yoxdu.
Maliyyə meyarı
Əsas tələb olunan sənəd bankdan zəmanət məktubu almaqla bağlıdı. İndi bütün klublar məhz bu bəndə görə çətinə düşüb. Amma bir az açıq gözlü olmaq lazımdı. Bazasında siçovullar dolaşan, pulsuzluqdan əziyyət çəkən “Kəpəz” himayədarı olmaya-olmaya 300 min manatlıq zəmanət məktubunu təşkil edibsə, hər oyuna 15-20 min mükafat qoyan “Neftçala” üçün bu, nədir ki? Sadəcə, bu klublar düzgün istiqamətləndirilməyib. “Kəpəz” rəhbərliyinə gizlində deyilənlər hamıya başa salınsaydı, onlar da işini qura bilərdi. Belə baxanda bir çox klublardan fərqli olaraq, heç Gəncə klubunda sırf lisenziya işiylə məşğul olan, bu məsələlərdən başı çıxan kimsə də yoxdu.
“Bakı”nın başqa bir dərdi var ki, onların lisenziya ala bilməməsini hardasa normal qarşılamaq olar. Paytaxt klubunun ayrı-ayrı futbolçulara külli miqdarda borcu var və işə FİFA səviyyəsində qiymət verilib. Ancaq axı, digər divizion komandalarının belə problem yoxdu. Ona qalsa, digər klublardan fərqli, “Kəpəz”in mövsümün gedişində imtina etdiyi futbolçulara iki aylıq əməkhaqqı borcu qalıb.
Nəticə: Bunu 5-ci pillədə qərarlaşan “Zirə”, 9-cu yerdə gedən “Kəpəz” bacarırsa, digərləri niyə etməsin? Deməli, bu meyarla bağlı da hər hansı problem yoxdu.
Gördüyünüz kimi, qatıq qara deyil, ağdı, ancaq AFFA bəzi klublara qara eynəklə baxır. İndi “Neftçala” (çempion olduğu üçün bu komandanın adını daha çox hallandırıram – müəl.) buyurub, Elxan Məmmədova sübut etsin ki, onlar elitada oynamağa daha çox layiqdilər. Səslərini kəsib gözləyəcəklərsə, dövlətin ayıracağı yardımı, tapşırıqla klubu götürəcək himayədarın pulunu başqaları yeyəcək, bunu təşkil edənlər 30 faizi qatlayıb cibinə qoyacaq, “Neftçala” isə elə divizionda çürüyəcək. AFFA-nın baş katibinin məlum limit üzündən uşaq çempionatına çevirdiyi divizionda…
VÜSAQİ
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm