Bizi izləyin

Ölkə futbolu

"İmarət"dəki son oyunun 22-ci ildönümü: "Qarabağ"ı yaşadan oğlanlar olub"

Vaxtı ilə ev matçlarını doğma “İmarət”də o…

blank
Vaxtı ilə ev matçlarını doğma “İmarət”də oynayan və sözügedən arenada rəqiblərinə çətin anlar yaşadan “Qarabağ” düz 22 ildi ki, Ağdamdan didərgin düşüb. Səbəb isə erməni qəsbkarlarının Azərbaycan torpaqlarına hücumu etməsi və dilbər güşələrimizi işğal etməsidi. Hələlik işğal altında olan torpaqlara – Qarabağa gedə bilməyənlər “Qarabağ”ın matçlarına getməklə özündə təsəlli tapır. Ağdam təmsilçisinin adının “Qarabağ” olması da ermənilər üçün ən böyük zərbədi. Bu, tarixi torpaqlarımızı özlərinin zənn edən mənfurlara ən sarsıdıcı sillədən də betərdi. 
“Qarabağ” son ölkə çempionu olmaqla yanaşı, həm də avrokuboklarda Azərbaycanı layiqincə, bacardığı qədər təmsil edir. Zaman ötdükcə bu komandaya inanların sayı da çoxalır. Düzdü, çoxları düşünə bilər ki, müstəqillik, müasir dövrdə uğur qazanmağa nə var ki? Məsələ burasındadı ki, “Qarabağ” 1993-cü ildə müharibənin qızğın vaxtında, top-tüfəngin altında da uğur qazana bilib. Həmin illərdə rəqiblərini “İmarət”in qazonuna ayaq basmağa çətinliklə razı salmaq bahasına olsa belə… 
Xurşudbanu Natavanın, İbrahimxəlil xanın məzarı qaldığı “İmarət”də “Qarabağ” son matçını indi tarixin yaddaşına köçmüş “Turan”a (Red- İndi ki, “Turan-T” onun xələfi deyil) qarşı oynayıb. “Turan”ın yenidən öz əzmətini geri qayıdacağına inam yox dərəcəsində olsa da, “İmarət”ə qayıdacaq günlərə ümid böyükdü. Bu gün “Qarabağ”ın “İmarət”də sonuncu matçına çıxdığı tarixin üzərində nə az, nə çox – düz 22 il keçir. Elə “İmarət”də son qol da sözügedən qarşılaşmaya təsadüf etmişdi. Matçda vurulan yeganə qolun müəllifi isə Yaşar Hüseynov olmuşdu. Həmin qarşılaşma və komandanın o dövrlərdəki vəziyyəti ilə bağlı Yaşar bəy xatirələrini bizlə bölüşdü.
– Bu gün “Qarabağ”ın Ağdamda ”İmarət” stadionunda meydana çıxdığı son matçdan artıq 22 il keçir. Həmin qarşılaşmanı necə xatırlayırsız?
– Həmin oyun heç vaxt yadımdan çıxmaz. Qarşılaşmadakı yeganə qolu da mən vurmuşdum. O vaxtkı futbolçularla da indi tez-tez görüşürük. Oyundan 2 ay sonra Ağdam işğal oldu. 
– Həmin vaxt düşünürdünüzmü ki, bu, komandanın Ağdamda son oyununudu?
 – Xeyr, bunu heç vaxt bilə bilməzdik. Düzdü, o vaxt döyüşlər gedirdi. Hərbiçilər də gəlib, oyunlarmıza baxırdı. Son qarşılaşmamıza da çoxlu azarkeş gəlmişdi. Ağlımıza da gəlməzdi ki, Ağdam işğal olunar. O vaxt bizim rayona ermənilər çox atırdılar. Ona görə də Mingəçevirdə qalırdıq. Elə məşqlərimiz də orda olurdu. Ağdama ancaq oyunlara gəlirdik. 
– Necə düşünürsünüz, bir də nə vaxt “İmarət”də oyunlara baxmaq qismət olacaq?
– Nə deyim vallah. Biz də elə onu fikirləşirik. Mənim 52 yaşım var. Gözləyək, görək, bu, nə vaxt baş verəcək. Biz də istəyərdik ki, Ağdama qayıdaq. Orda bizim torpağımız, evimiz var. İnsan yaşlandıqca vətən insanı özünə çəkir. Mən hərdən Quzanlıya gedirəm. Adam heç geri qayıtmaq istəmir. Düzdü, bura da öyrəşmişik. Amma sabah torpaqlarımız qayıtsa, burada qalan deyilik. Elə hazırda o vaxt komanda yoldaşlarım olan Səttar Əliyev və Elşad Əhmədovla hazırda bir yerdəyik. İyunun 2-də “Qarabağ” və “Neftçi” veteranlarının görüşü var. Biz də həftədə 1-2 dəfə məşq edib, o oyuna hazırlaşırıq. Getdikcə, yaşa doluruq. Adam gərək hərəkət edə. Belə matçları tez-tez təşkil etmək lazımdı. Veteranlar yaddan çıxmasın, camaat yavaş-yavaş tanısın. Heç azarkeşlərin çoxu məni tanımır. Halbuki, mən 40 ildi futboldayam. Bəzi şeylər var ki, adam demək istəmir. Sadəcə, söhbət açıldığına görə deyirəm. Komanda necə yaradılıb, kimlər saxlayıb. Bunları gənc nəsil bilməlidi. İnanın, işğaldan sonra 3-4 nəfər qalmışdıq. Camaat elə bilir “Qarabağ” komandası necə var elə də olub. Amma belə deyil. Komandanı yaşadan oğlanlar olub. Heç bunu dilə gətirən yoxdu. Amma biz bunu yaşamışıq. Nə bilim təki komanda olsun biz də bilək ki, var. Komandanın yaşamağı böyük şeydi. 
– İşğaldan sonra ilk illərdə “Qarabağ” əsasən kimlərin hesabına dağılmadı, ayaq üstə qala bildi? 
– O vaxt əsas bizə millət vəkili Aqil Abbas, Habil Qurbanov, Nazim Abdullayev, Ağdam rayon icra başçısı Həsən Sarıyev dəstək oldu. Birtəhər komanda yaşadı. Ən azından çempionatda oynayırdıq. Bu vəziyyətimizə baxmayaraq, biz hələ yer də tuta bilirdik. Elə vaxtlarımız olub ki, dəstəkləməyə azarkeşimiz olmayıb, amma meydana çıxmışıq. Komandanın dağılmaması üçün Əli-Bayramlıda (indiki Şirvan), Mingəçevirdə yaşadığımız günlər olub. Hətta yataqxanada belə qalmışıq. Məşqə gəlib-getməyə yol pulumuz da olmayıb. Yəni pis günlərimiz çox olub. Sonradan 1998-ci ildə “Əmrahbank” komandanı götürdü. 1-2 il komandaya başqaları köməklik göstərəndən sonra yenidən vəziyyət pisləşdi. Bundan sonra sağolsun “Azərsun” şirkəti sponsorluq etməyə başladı. Artıq 14 ildi ki, onlar komandaya himayədarlıq edirlər. “Azərsun” olmasaydı, heç bilmirəm, komandanın aqibəti necə olacaqdı. Son olaraq onu da əlavə edim ki, bəzən “Qarabağ”ın oyunarını televizya vasitəsi ilə vermirlər. Quzanlıdan çox adam zəng edib, hesabı soruşur. 
ELMAR ABDULLA-ZADƏ
 
blankblankblank

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm