I Liqa
Cabbarov işçisindən yox, bizdən öyrənib
“Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevin …
“Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevin cəzalı olmasına baxmayaraq, “Şahdağ”la görüşü canlı izləməsini hakim inspektor və AFFA nümayəndəsi kimi qarşılaşmaya təyin olunan Əmir Zamanovun protokolda qeyd etməməsi ilə bağlı bir qədər əvvəl məlumat vermişdik. Bəs Hakim İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov necə, məsələdən agah olduqdan sonra İntizam Komitəsinə məruzə edəcəkmi?
Futbolinfo.az-a verdiyi açıqlamada Cabbarov əvvəlcə işçisinin müdafiəsinə qalxmağa cəhd etdi: “Əmir Zamanov tribunaları gəzməyə borclu deyil. O, əsasən məsul şəxslərin əyləşdiyi yeri nəzarətdə saxlamalıdı”.
Cabbarova “Qaradağ Lökbatan”ın prezidentinin oyunu VİP lojadan izləyərkən şəklinin saytımızda yerləşdirildiyini bildirməklə yanaşı, məsul şəxslərin məhz həmin tribunada yer aldığını xatırlatdıqda isə bu sözləri dedi: “Axı bildiyim qədəri ilə Tahir müəllimin şəkli VİP-də əyləşdiyi zaman çəkilməyib. Bir də ki, məsələ ilə bağlı biz qərar verməli deyilik. Buna İntizam Komitəsi baxır. Artıq saytınız bütün sübutları təqdim edib”.
Əlbəttə, Futbolinfo.az sübutları təqdim edib. Ancaq Hakim İnspektorlar Komitəsinin İntizam Komitəsinə rəsmi məlumat verib-verməyəcəyi maraqlıdı: “Bunu deməyəcəyəm. Bu, bizim daxili işimizdi”.
Elə “daxili işimiz” deyə-deyə futbolumuzu bu kökə qoymusunuz. Bizə isə maraqlıdı: bu hadisənin canlı şahidi olduqdan sonra kim zəmanət verə bilər ki, Tahir Mustafayev komandasının 24-27-ci turları əhatə edən oyunlarını stadiondan seyr etməyib? Sualı bir qədər də tündləşdirsək, bu cür səslənər: İntizam Komitəsinin kəsdiyi cəzalara klub funksionerlərinin riayət etdiyinə kim təminat verə bilər?
AĞA
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza